Menu
Geri İrəli

3 saylı orta məktəbdə Debat Təhsil Proqramının təqdimatı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2011 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur
Share Button

Yanvarın 28-də “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının Sumqayıt şəhər 3 saylı orta məktəbində Debat Təhsil Proqramının təqdimatı keçirildi. Görüşdə proqramın koordinatoru Vəsilə Nəbiyeva təşkilatın ötən bir il ərzində gördüyü işlərdən və eyni zamanda gələcək planlardan danışdı. Sonra Sumqayıt şəhər IV Natiqlik Debat Turnirinin və Respublika Debat Forumu-2010-nun mükafatçıları sertifikat və kitabla mükafatlandırıldılar.
Eyni zamanda görüşdə təşkilatın yeni icrasına başladığı “Ətraf mühitin mühafizəsi və bu işdə gənclərin rolu” adlı layihəsi təqdim olundu. Layihə ərzində Sumqayıt şəhərindəki 20 orta təhsil məktəbinin şagirdləri üçün Debat və ekoloji təlimlər təşkil olunacaq. Layihənin sonunda isə gənclər ekoloji mövzuda Debat Natiqlik Turnirində iştirak edərək Sumqayıtın ən yaxşı natiqlərini seçəcəklər.
Yanvarın 28-də “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının Sumqayıt şəhər 3 saylı orta məktəbində Debat Təhsil Proqramının təqdimatı keçirildi. Görüşdə proqramın koordinatoru Vəsilə Nəbiyeva təşkilatın ötən bir il ərzində gördüyü işlərdən və eyni zamanda gələcək planlardan danışdı. Sonra Sumqayıt şəhər IV Natiqlik Debat Turnirinin və Respublika Debat Forumu-2010-nun mükafatçıları sertifikat və kitabla mükafatlandırıldılar. Eyni zamanda görüşdə təşkilatın yeni icrasına başladığı “Ətraf mühitin mühafizəsi və bu işdə gənclərin rolu” adlı layihəsi təqdim olundu. Layihə ərzində Sumqayıt şəhərindəki 20 orta təhsil məktəbinin şagirdləri üçün Debat və ekoloji təlimlər təşkil olunacaq. Layihənin sonunda isə gənclər ekoloji mövzuda Debat Natiqlik Turnirində iştirak edərək Sumqayıtın ən yaxşı natiqlərini seçəcəklər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın