Menu
Geri İrəli

Sumqayıtda möminə xanımlar İmamın üç mərasimini qeyd etdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2013 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur

13

İslaminsesi.az-ın verdiyi xəbərə görə,  İmam Hüseyn (ə) və onun Kərbəla qəhrəmanlarına əza mərasimləri davam edir.  Noyabrın 16-da Sumqayıtda İmam Hüseynin(ə) üç mərasiminə həsr olunmuş təziyə məclisi keçirilib.

Tədbir AİP Sumqayıt rayon komitəsinin Qadınlar Şurasının sədri Elnarə Hüseynova tərəfindən təşkil olunub. Tədbirdə Bakı və Sumqayıtdan təşrif buyuran yüz nəfərdən artıq möminə xanım iştirak edib.

 Məclisi AİP Qadınlar Şurasının sədri Novrəstə İbrahimova Qurani Kərimdə İmam Hüseynə(ə) həsr olunmuş Bəqərə surəsinin 177-ci ayəsinin tilavəti və təfsiri ilə açıb. Daha sonra AİP Qadınlar Şurasının sədr müavini Fatimə Səlimova İmam sevgisinin hər bir müsəlmanın fitrətində olduğunu və bu məhəbbətin əbədiyaşarlığını qeyd edib.

 «Fatimə» jurnalının baş redaktoru Kəklik Heydərzadə Kərbəla hadisəsinin insan həyatına məvəvi təsirlərindən danışıb. İslaminsesi.az-ın əməkdaşı İlahə Səmədova isə çıxışında İmam Hüseyn (ə) məktəbindən dərs alan möminlərin indiki şəraitdə İslamın qorunması uğrunda mübarizəni davam etdirdiyinə toxunub.

Təşkilatçı E.Hüseynova isə öz növbəsində Allahın rizasını qazanmaq üçün İmama layiq davamçı olmağın vacibliyini vurğulayıb. Məclisin davamında mərsiyələr oxunub. 

Sonda təziyə iştirakçıları üçün ehsan süfrəsi açılıb. İlahə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın