Menu
Geri İrəli

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2013 • Baxış sayı: 438 dəfə • 1 şərh

Sumqayıt şəhər YAP Gənclər Birliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib.

«Sumqayıt Şəhər Səhiyyə şöbəsi» -ndə, Sumqayıt şəhər YAP Gənclər Birliyi və «Sumqayıt Şəhər Səhiyyə şöbəsi» YAP GB-i ilə birgə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov, YAP Sumqayıt Şəhər təşkilatınin sədr müavini Səkinə Sadiqova, YAP Sumqayıt Şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədov,YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov, Səhiyyə şöbəsinin GB sədri Gülbacı Məmmədzadə , Sumqayıt şəhərinin bir sıra idarə və Yeni Azərbaycan Partiyasının işində fəallıq göstərən gənclər iştirak etmişlər.

Səhiyyə şöbəsinin GB sədri Gülbacı Məmmədzadə tədbiri açıq elan edib .
Tədbir iştirakçıları 31 mart soyqırım faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ardınca Səhiyyə şöbəsinin GB sədri Gülbacı Məmmədzadə , son 200 ildə şovinist ermənilər “Böyük Ermənistan” yaratmaq xülyasını həyata keçirmək məqsədilə zaman-zaman xalqımıza qarşı qeyri-insanı hərəkətlər ediblər və ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdüblər. Ermənilərin etnik təmizləmə siyasəti nəticəsində 100 minlərlə həmvətənimiz işgəncələrə məruz qalaraq öldürülüb və öz doğma toropaqlarından deportasiya edilib – deyə əlavə edib

Məruzə üçün söz YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədova verilib. O, ötən əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışıb, soyqırım barədə ətraflı məlumat verib. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 95 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Tədbir iştirakçılarını 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulamış, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd etmişdir.

Çıxış üçün söz YAP Sumqayıt Şəhər təşkilatının sədr müavini Səkinə Sadiqovaya verilib. O çıxışında “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək, azərbaycanlıların mənfi obrazını yaratmışdır – deyə ələvə edib.

Yekun söz üçün YAP Sumqayıt şəhər təşkilatının müavini – Elmar Xəlilova verilib. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışdı. O, həmçinin erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir.

Facebook Şərhləndirmə:

“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anıldı” yazısına bir cavab

  1. Rafiq Oday deyir:

    Sumqayıt şəhər YAP Gənclər Birliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib. (Birliyi – keçirilib. Üslub səhvi var)

    «Sumqayıt Şəhər Səhiyyə şöbəsi» -ndə – Belə yazmaq olmaz axı. Nə vaxtdan Sumqayıt şəhər Səhiyyə Şöbəsi dırnaq içərisində yazılmağa başlayıb? Sonra da bir defis (tire) qoyulub. Olmaz…

    Ardını hələ oxumamışam.

Şərhinizi yazın