Menu
Geri İrəli

32 dərəcə isti olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2013 • Baxış sayı: 184 dəfə • Şərh yoxdur
Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 18-22, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 15-də hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 16-da bəzi yerlərdə axşam və gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın