Menu
Geri İrəli

Sumqayıtda yeni hüquq firması fəaliyyətə başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2013 • Baxış sayı: 721 dəfə • 1 şərh
Share Button

 

 

 

 

 

 

 

 

 

 

“Legal AS” HÜQUQ FİRMASI AŞAĞIDAKI XİDMƏTLƏRİ GÖSTƏRIR:

1. Hüquqi və fiziki şəxslərin qeydiyyatı: 2. Bütün növ müqavilələrin tərtib olunması, müştəri tərəfindən verilən müqavilələrin hüquqi təhlili: İcarə müqaviləsi; Borc müqaviləsi; Təchizat müqaviləsi; Komissiya müqaviləsi; Müəllif müqaviləsi; Agent müqaviləsi; Əmək müqaviləsi; Sessiya müqaviləsi (tələb etmə hüququn güzəşti); Borcun köçürülmə müqaviləsi; Alğı-satqı müqaviləsi; Kredit müqaviləsi; Konsiqnasiya müqaviləsi; Satınalma müqaviləsi; Sazişlər və Anlaşma Memorandumları və s. 3. Patentlərin, ticarət nişanların və digər aidiyyəti sənədlərin alınmasında köməkliyin göstərilməsi

4. Müxtəlif məsələlərlə bağlı hüquqi rəylərin verilməsi

5. İddia ərizələrin, şikayətlərin, vəsatətlərin hazırlanması

6. Məhkəmələrdə və digər dövlət orqanlarında təmsilçilik

7. Hüquqi məsləhətlərin verilməsi: Şifahi məsləhətlər (bizim ofisimizdə, sifarişçinin olduğu yerdə); Yazılı şəkildə məsləhətlər (həmçinin müştəridə yaranmış suallar üzrə əsaslandırılmış rəylərin tərtibi). 8. Təşkilatların daxili sənədləşmənin (kargüzarlıq) aparılması (əmrlər, sərəncamlar, nizamnamələr, təlimatlar, məktublar və s.)

9. Lisenziyalaşdırma üzrə hüquqi yardımın göstərilməsi

10. Kollektor xidmətləri (Hüquqi şəxslərin debitor borclarının alınması istiqamətində xidmətlərin göstərilməsi): Bank və ya digər kredit təşkilatları tərəfindən verilmiş sənədlər toplusu ilə ilkin tanışlıq; Firma tərəfindən pretenziya məktublarının hazırlanması və göndərilməsi; Pretenziya məktubları göndərildikdən sonra debitorlarla daim əlaqələrin saxlanılması və görüşlərin təşkil edilməsi; Bankla müştərək şəkildə, qarşılıqlı razılıq əsasında müvafiq işlərin görülməsi (debitorlar tərəfindən verilən hər hansı təkliflər). iddia ərizələrinin və ona əlavə olunmuş sənədlərin hazırlanması; cavabdehlərin qeydiyyat yeri üzrə arayışların alınması; sorğularin və məktubların hazırlanması və müvafiq dövlət orqanlarına göndərilməsi; ipoteka və girov müqavilələrinin eyni zamanda dövlət qeydiyyatı üzrə mülkiyyət hüququnu təsdiq edən Çıxarışın notarial qaydada təsdiq olunması; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ipoteka qoyana bildirişin göndərilməsi və qanunvericiliklə müəyyən olunmuş müddətdə bildirişin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınması proseduru; iddia ərizəsinin məhkəməyə təqdim olunması; məhkəmədə etibarnamə əsasında nümayəndə qismində çıxış etmək; bankin maraqlarını birinci, apellyasiya və kasasiya instansiyalarında müdafiə və təmsil etmək; işin İcra mərhələsinə nəzarətin olunması və icra məmurlarının hərəkət və hərəkətsizliyindən müvafiq qurumlara şikayətlərin verilməsi. 11. Digər hüquqi xidmətlər

12. Həmçinin mühasibat üçotu üzrə abonent xidmətlərin göstərilməsi

13. Sığorta işləri:

İşçilərin Əmək qanunvericiliyinə uyğun olaraq icbari sığortalanmasının həyata keçirilməsi üzrə xidmətlərin göstərilməsi; Reqress iddialarla bağlı:

Siğorta şirkəti tərəfindən verilmiş sənədlər toplusu ilə ilkin tanışlıq; Firma tərəfindən pretenziya məktublarının hazırlanması və göndərilməsi; Pretenziya məktubları göndərildikdən sonra zərər vuran şəxslərlə (üçüncü şəxslərlə) əlaqələrin saxlanılması və görüşlərin təşkil edilməsi; Zərər vuran tərəfindən verilən hər hansı təkliflərin Sığorta şirkəti ilə razılaşdırılması. İddia ərizələrinin və ona əlavə olunmuş sənədlərin hazırlanması; cavabdehlərin qeydiyyat yeri üzrə arayışların alınması; sorğuların və məktubların hazırlanması və müvafiq dövlət orqanlarına göndərilməsi; İddia ərizəsinin məhkəməyə təqdim olunması; Məhkəmədə etibarnamə əsasında nümayəndə qismində çıxış etmək; Sığorta şirkətinin maraqlarını birinci, apellyasiya və kasasiya instansiyalarında müdafiə və təmsil etmək; İşin İcra mərhələsinə nəzarətin olunması və icra məmurlarının hərəkət və hərəkətsizliyindən müvafiq qurumlara şikayətlərin verilməsi.

Əlaqə tel: 018-642-61-83
                   055-207-44-07
e-mail: sahil-42@mail.ru
Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda yeni hüquq firması fəaliyyətə başladı” yazısına bir cavab

  1. Ugurlar , Vetenedaslarimiza oz huquq ve vezifelerini bilmek oyrenmek ucun gerekli ve ugurlu addimdir … ehsen

Şərhinizi yazın