Menu
Geri İrəli

4-cü mərtəbəsindən yıxılan 2 yaşlı qız sağ qalıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyul 2010 • Baxış sayı: 454 dəfə • 1 şərh
Share Button

Sumqayıtda 4-cü mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qalıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə iyulun 11-i, gecə saatlarında Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 9/5, mənzil 5-də baş verib. Həmin ünvanda yaşayan, 2008-ci il təvəllüdlü Aysu Həmzəyeva yaşadığı evin pəncərəsindən yıxılıb. O, aldığı müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

“4-cü mərtəbəsindən yıxılan 2 yaşlı qız sağ qalıb” yazısına bir cavab

  1. Bahar deyir:

    AY ALLAH SUKUR.YAXSI KI,SAG QALIB.

Şərhinizi yazın