Menu
Geri İrəli

Sumqayıtda ağacəkmə aksiyası davam etdirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Aprel 2014 • Baxış sayı: 475 dəfə • Şərh yoxdur
Share Button

aqac-4Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə yerli özünüidarəetmə orqanı ilə birlikdə ətraf mühitin yaxşılaşdırılması ücün tədbirlərin təşkili” layihəsinin icrasına başlanmışdır. Qeyd edək ki, layihənin əsas məqsədi Sumqayıt şəhərində və ətraf qəsəbələrinin bələdiyyəsi ilə birlikdə sakinlərin diqqətini şəhərin yaşıllıqlarının yaxşılaşdı-rılmasına yönəltmək, məhəllə komitələri və vətəndaş cəmiyyəti qurumlarını bu problemlərin həllinə cəlb etmək və beləliklə də daha çox vətəndaşın ətraf mühitin yaxşılaşdırılsı istiqamətində problemlərinin həllinə cəlb edilməsinə nail olmaqdır.
Layihə çərçivəsində 23 aprel 2014-cü il tarixdə 12 və 17 mk rayonun məhəllə komitəsində “Yaşıllıq günü” adı altında aksiya keçirildi. Yaşıllıq aksiyasında 12 və 17 mk rayonun məhəllə komitəsinin üzvlərinin iştirakı ilə 60-dan çox həmişə yaşıl ağaclar əkdilər. Aksiya zamanı təmizlik, abadlıq və yaşıllıq işləri görməklə bu problemlərin insanların həyatı, sağlamlığı üçün və ətraf mühitin yaxşılaşdırılmasında hər bir şəxsin fəal iştirakının vacibliyi istiqamətində söhbətlər aparılmışdır.
Həmçinin “Yaşıllıq günü” aksiyası zamanı yaşıllıqların salınmasına cəlb edilmiş sakinlərlə maarifləndirmə işləri aparılmışdır. Yaşıllıqların salınması zamanı sakinlərə ətraf mühitin qorunmasında yaşıllıqların rolu haqqında ətraflı məlumat verilmişdir. Bu problemlərin vaxtında həll olunması isə insanların həyat və sağlamlığında öz müsbət təsiri haqqında məlumat verilmişdir.
Sumqayıtdakı ekoloji problemlər həm atmosferə atılan tullantılar, həm çirkab suları, həm torpaq, həm də şəhərdə adam başına düşən yaşıllığın miqdarının azlığı ilə bağlıdır. Orta ümumtəhsil müəssisələrində “yaşıllıq günü” və yerli özünü idarəetmə orqanlarının məhəllə komitələri ilə “təmiz məhəllə” adı altında keçirilən yaşıllaşdırılma aksiyalarının məqsədi bu problemlərin həllinə yönəldilmişdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın