Menu
Geri İrəli

Sumqayıtda dəhşətli hadisənin gizlinləri ortaya çıxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2014 • Baxış sayı: 766 dəfə • Şərh yoxdur

299038_00

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yanğınla bağlı maraqlı təfərrüatlar ortaya çıxıb

17:21
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində avtomobil yanıb.

APA-nın məlumatına görə, 50 CP 716 dövlət nömrə nişanlı avtomaşının içərisində olan sürücü yanaraq ölüb, onun sərnişini isə müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, maşının sürücüsü olan Sumqayıt sakini qızı evlənmək məqsədilə qaçırıb. Qız isə buna etiraz edib. Bu səbəbdən oğlan maşında olan benzini həm qızın, həm də özünün üzərinə tökərək yandırıb.

 

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, magistral yolda baş verən yanğın hadisəsi zamanı 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov yanaraq ölüb, şəxsiyyəti hələlik məlum olmayan bir nəfər qadın isə yanıq xəsarətləri alıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır.

———
16:21

Sumqayıt şəhərində sürücü dəhşətli hadisənin qurbanı olub. Hələlik şəxsiyyəti məlum olmayan sürücü maşınında diri-diri yanıb kül olub.

Hadisə bir neçə dəqiqə əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib.

Şəhər Prokurorluğundan Milli.Az-a bildirildi ki, hələlik hadisənin necə və hansı şəraitdə baş verməsi məlum deyil. Prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın