Menu
Geri İrəli

Sumqayıtda marşrutlardan biri ləğv edildi

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 17 Dekabr 2014 • Baxış sayı: 940 dəfə • Şərh yoxdur

“Sumqayıt şəhərinin nəqliyyat xəttində dəyişiklik edilib. Belə ki, 6a xətti üzrə hərəkət edən marşrut ləğv edilərək, xəttə yeni 15 saylı marşrut çıxarılıb.Yeni marşrut isə tam olaraq 6a xətti üzrə hərəkət etmir.”
sumqayit1
Sumqayıt şəhər nəqliyyat departamentinin rəisi Anar Səfərli nəqliyyat xəttində dəyişiklik edilməsinin səbəbini sərnişinlərin tələbi ilə əlaqədar olduğunu qeyd edib: “Belə ki, yeni marşrut “Pioner” super marketinin yanından dönərək, Cəfər Cabbarlı küçəsi istiqamətində hərəkət edərək ,Bakı küçəsindən keçir. Sonra isə “Mətanət şadlıq evinin qarşısından, yəni, Bədəlbəyli küçəsindən üzü “Heydər Əliyev” parkı istiqamətində hərəkət edir. Yeni marşrutun xəttə çıxarılma səbəbi də, bu marşrut üzrə hərəkət edən nəqliyyatın olmamasından irəli gəlir.”

Qeyd edək ki, Sumqayıta gətirilən avtobuslar heç də yeni deyil. Bakı şəhərinə yeni “İsuzu”markalı avtobuslar gətirilib, paytaxtın köhnə avtobusları da Sumqayıta göndərirlib.

Departament rəisi bu məsələyə də aydınlıq gətirdi. O, avtobusların köhnə deyil, normal vəziyyətdə olduğunu dedi: “Sumqayıta gətirilən avtobusların yenisini almaq mümkün olmadı. Çünki, həmin avtobusların yeni buraxılışı yoxdur.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın