Menu
Geri İrəli

600-dən yuxarı bal toplamış sumqayıtlı gənclər bir arada – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2014 • Baxış sayı: 782 dəfə • Şərh yoxdur
Share Button

Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gənclər və İdman Baş İdarəsi Heydər Əliyev Mərkəzində 2014/2015-ci tədris ilində 600-dən yuxarı bal toplamış sumqayıtlı gənclərlə görüş keçirdi.

 Görüşdə Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov çıxış edərək nailiyyət əldə etmiş gəncləri təbrikedərək onlara uğurlar arzuladı: “Əsası müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevtərəfindən qoyulmuş Gənclər Siyasəti Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Göstərilən qayğının nəticəsidir ki, sumqayıtlı gənclərin uğurları ildən-ilə artmaqdadır. Belə ki, cari ildə Sumqayıt şəhərinin ümumtəhsil məktəblərini 2906 nəfər bitirmiş, 2530 nəfər ali məktəblərə sənəd vermişdir. Sənəd verənlərdən 1520 nəfər (və ya 60,1%) isə ali məktəblərə qəbul olunmuşdur ki, bu Sumqayıt təhsili tarixində ən yüksək göstəricidir. Sumqayıt şəhəri üzrəTəhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 129 nəfər, Sumqayıt Özəl Türk Liseyinin (SÖTL) isə 8 nəfər məzunu 600-dən yuxarı bal toplamışdır. Keçən il bu rəqəmlər müvafiq olaraq 99 və 9 olmuşdur. 650-dən yuxarı bal toplayanların sayı keçən il 33 nəfər olmuş, bu il 47 nəfərdir.  Ümumiyyətlə, son on ildə 1156 nəfər sumqayıtlı gənc 600-dən yuxarı bal toplamışdır”, – deyə M.Həsənov qeyd etdi.

O əlavə etdi ki, cari tədris ilində Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüş 102 nəfərdən 10-u şəhərin ümumtəhsil məktəblərinin məzunlarıdır (o cümlədən 1-i SÖTL-ün məzunu). Bununla da,Sumqayıt şəhəri üzrə bu qəbildən olan gənclərin ümumi sayı 94 nəfər olub.

Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov gənc nəslə dövlətin diqqətindən konkret faktlar əsasında danışdı. O, qəbul imtahanlarında yüksək bal toplamış sumqayıtlı gəncləri təbrik etdi.

Sonra ali məktəblərə yüksək nəticələrlə qəbul olunmuş gənclərə Baş İdarənin plaketləri və gül buketləri təqdim edildi.

Gənclər göstərilən qayğıya görə ölkə və şəhər rəhbərliyinə minnətdarlıq ifadə etdi, təhsildəki uğurlarla yüksək etimada layiq olacaqlarına söz verdilər.

 Rüstəm Sadıqzadə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Gənclərlə iş sektorunun müdiri  

337048 460574 461315 565835 802091                                          

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın