Menu
Geri İrəli

Sumqayıtda Türkiyə Universitetinin təqdimatı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2015 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

Sumqayıtda Türkiyənin Okan Universitetinin təqdimatı olub. “Reduco” Tədris Mərkəzinin və “Eastoffice Azerbaijan” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Okan Universiteti, bu təhsil ocağının infrastrukturu, maddi-texniki bazası, kampusları barədə gənclərə məlumat verilib, azərbaycanlı gənclərin bu universitetdə təhsil imkanları diqqətə çatdırılıb. Bildirilib ki, Universitet dünyanın bəzi nüfuzlu təhsil ocaqları ilə sıx əməkdaşlıq edir və məzunlarına müvafiq proqramlarda ikili diplomlar verir.

Daha sonra Okan Univeristetinin nümayəndələri gəncləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Okan Universiteti Türkiyənin ən gənc və dinamik universitetlərindən biridir. Hal-hazırda tərkibində 9 fakültə və 3 institut daxilində 100-dən artıq bölüm fəaliyyət göstərməkdədir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın