Menu
Geri İrəli

Sumqayıtda daha bir dəyişiklik: rəis işdən çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2015 • Baxış sayı: 918 dəfə • Şərh yoxdur

Sumqayıtda daha bir idarə rəisi postu ilə vidalaşmalı olub

Bu günlərdə Sumqayıt Qaz istismarı İdarəsinin rəisi Malik Cəbrayılov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə hələ ki, təyinat olmayıb. Rəisin səlahiyyətləri müvəqqəti olaraq baş mühəndis Teymur Balıyeva həvalə olunub.

Xatırladaq ki, buna qədər isə Sumqayıt Su-Kanal İdarəsinin rəisi Həmdulla Əliyev vəzifəsindən azad olunmuş və onun yerinə Darvin Hüseynov təyin olunmuşdu.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov çıxışlarının birində şəhər təsərrüfatına, eləcə də kommunal sahəyə rəhbərlik edən şəxslərin yerli kadrlarla əvəz ediləcəyini vurğulamışdı.

Görünür ki, Z.Fərəcov məhz sumqayıtlı olan kadrların önə çəkilməsinə daha çox önəm verir və bu islahatların bundan sonra da davam edəcəyi bildirilir.

xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın