Menu
Geri İrəli

8 ildi ananın gözləri yol çəkirdi… – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Oktyabr 2013 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur
Share Button

“Qaytar ana borcunu” deyən şair yalnız o mənada haqlı deyil ki, o borcu qaytarıb qurtarmaq mümkün deyil. 

 ferhad3

Bütün vicdanlı, şüurlu oğullar və qızlar bunu aydın dərk edir.

Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdən çıxdıqdan sonra öz evlərinə dönmədən, birbaşa analarının ayağına getməsi bunu sübut edir.

Onlar bəlkə də özlərini heç nədə günahkar saymırlar, amma bu 8 ildə analarının çəkdiyi iztirab üçün özlərini mütləq suçlu hiss edirlər.

İki oğlunun türmədə olduğunu bilən və gecələri xısın-xısın ağlayan ilk ana, əlbəttə ki, Fərhad Əliyevin anası Şövkət xanım deyildi.

Ondan əvvəl Mirzə Sakit və Qənimət Zahid qardaşlarının anası da iki oğlunun eyni zamanda türmədə olmasının verdiyi ağrı-acını, qubar-qəhəri öz sinəsində hiss edib.

Bu gün sabiq məhkum qardaşlar analarını ziyarət etməklə ona son səkkiz ilin ilk tutumlu sevincini yaşatdılar.

Gözləri eyni cür intizar içində yol çəkən analar var. Onlar indi hamıdan çox qəzet oxuyur, oxutdurur, xəbərlər bülletenini izləyirlər ki, birdən əfv çıxır.

Verilən əfv fərmanlarını siyahısında öz oğlunun adını görməmək çox acılıdır. Bunu son 8 ildə azı 8 dəfə gözləyib umsuq olmuş Şövkət xanım hamıdan yaxşı bilər.

Mərhum şair Sücaətin dustaq anaları barədə yazdığı bu cür misralar var, deyir:

“Deyin, dustaqları buraxacaqlar,

Birtəhər başını yozun anamın”.

Amma çətindir, dustaq analarının başını yozmaq çox çətindir, onları yalnız bu cür oğullarını yanlarına göndərməklə, gətirməklə ovutmaq olar.

/musavat.com/
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın