Menu
Geri İrəli

8 yaşlı sumqayıtlı idmançıdan növbəti zəfər – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2015 • Baxış sayı: 495 dəfə • Şərh yoxdur

1413799678

Azərbaycan Budo Döyüş Növləri Federasiyası Hövsan olimpiya kompleksində respublika çempionatı təşkil edib. Turnirdə 100-ə yaxın idmançı öz gücünü sınayıb.

Yarış 20 kq-dan 100 kq-a qədər olan idmançılar arasında baş tutub.

Çempionatda diqqət çəkən idmançılardan biri də 8 yaşlı Saday Qasımzadə olub.

Dünya çempionu növbəti dəfə qələbə qazanmaq üçün 3 rəqiblə görüşməli idi. Ancaq bir döyüş baş tutmayıb.

Belə ki, idmançılardan birinin məşqçisi rəqibin Saday Qasımzadə olduğunu görüb döyüşdən imtina edib. Aldığımız məlumata görə, buna səbəb Sadayın rəqibindən daha güclü olması idi. Həmçinin məşqçi idmançısının zədələnməsindən də qorxub.

S.Qasımzadə digər rəqiblərini tam qələbə ilə məğlub edərək növbəti çempionluq yaşayıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Sadayın Dünya kubokunun qalibi olması təkcə ölkəmizin yox, Türkiyə mətbuatının da diqqətini cəlb etmişdi.(http://publika.az/p/31541)

Bundan başqa 8 yaşlı azərbaycanlı vunderkind Ukraynanın  Lvov şəhərində keçirilən dünya çempionatından  da vətənə qızıl medal gətirmişdi.

Məlumat üçün bildirək ki, Sadayın məşqçisi qaydasız döyüş növü üzrə idmançı olan əmisi Natiq Qasımzadədir.

 

Aygün İlqarqızı, publika.az

17789_1425155987782076_1108880098173369199_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın