Menu
Geri İrəli

Sumqayıtda iftar süfrəsi açılıb – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2016 • Baxış sayı: 2,085 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iftar mərasimi təşkil olunub.

İftar mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri, aztəminatlı ailələr iştirak edib.

Öncə Türkiyədə törədilən terror aktı nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mərasimdə çıxış edərək bildirib ki, ölkəmizdə milli mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz milli və dini tolerantlıq baxımından bütün dünyaya nümunədir.

İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, mərhəmət, şəfqət və bərabərlik rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulandı.

DSC_0013 DSC_0042 DSC_0059 DSC_0060 DSC_0065

Facebook Şərhləndirmə:

Şərhinizi yazın