Menu
Geri İrəli

85 nəfər Sumqayıt Təlim-Tədris Mərkəzində təhsil almaq hüququ qazanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2013 • Baxış sayı: 125 dəfə • Şərh yoxdur

Bu gün ARDNŞ-nin Sumqayıt Təlim-Tədris Mərkəzində yeni tədrsi ilinin başlanması ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov sumqayitxeber.com saytına açıqlamasında bildirib ki, bu il Təlim Tədris Mərkəzində təhsil almaq üçün 500-ə yaxın müraciət daxil olub və imtahanlarda iştirak ediblər :”İmtahanın nəticələrinə uyğun olaraq onlardan 85 nəfəri Təlim-Tədris Mərkəzində təhsil almaq hüququ qazanıb. Müsabiqədə Suqmayıt və Abşeron ərazizində yaşayanlar iştirak ediblər. Mərkəzdə təhsil alanlar pulsuz yemək, təqaüdlə təmin olunacaqlar.”

Fuad Süleymanov bildirib ki, onlar 10 ay ərzində Təlim-Tədris Mərkəzində peşələrə yiyələndikdən sonra imtahan verəcəklər və imtahanın nəticələrinə uyğun olaraq dərəcə alaraq Sumqayıtda fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunacaqlar.

fuad

Facebook Şərhləndirmə:

Şərhinizi yazın