Menu
Geri İrəli

91 yaşlı Sumqayıt şəhər sakini səsvermədə iştirak edib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2013 • Baxış sayı: 166 dəfə • Şərh yoxdur

Bütün seçkilər zamanı böyük həvəslə səsvermə kampaniyasında iştirak edən Böyükxanım müəllimə bu gün səhhətilə bağlı seçki məntəqəsinə gedə bilməsə də, onun xahişi ilə Sumqayıt şəhər 41 saylı seçki dairəsinin 12 N-lı məktəbdə yerləşən 19 N-li seçki məntəqəsinin üzvləri onun üçün evində səyyar səsvermə təşkil etmişlər. 65 il Sumqayıt məktəblilərinə dilmizi və ədəbiyyatımızı öyrətmiş Böyükxanım müəllimə bülletendə öz qeydini edərək səs vermişdir.

Qocaman pedaqoq ona səsvermə üçün yaradılan şəraitə görə seçki məntəqəsi üzvlərinə minnətdarlığını ifadə edərək,  demişdir:

-     Siz təsəvvür etməssiniz ki, səsvermə şansını verməklə məni nə qədər sevindirdiniz. Sizdən gizlətmirəm, İlham Əliyevi mən doğma balam kimi çox istəyirəm və onun yenidən Prezident seçilməsinə mən də öz səsimi vermək istəyirdim. Axı, o, çox qısa bir tarixi zamanda ölkəmizin inkişafı, xalqımızın rifahı üçün çox böyük, ölçüyəgəlməz işlər görülməsinə nail olmuşdur. Bunu heç kəs dana bilməz. Bu gün üçün Prezidentliyə ən layiqlı namizəd odur və mən böyük qürurla seçici səsimi məhz ona verdim. Bu gün həm də ondan böyük qürur hissi duyuram ki, atam Salman Muxtarov ötən əsrin 40-cı illərində, İlham Əliyevin babası Əziz Əliyevin Tibb Universitetinin rektoru olduğu illərdə onunla bir yerdə çalışıb və o böyük insanla, görkəmli dövlət xadimi ilə dostluq münasibətləri olub. Mən İlham müəllimə Prezident və gözəl bir insan, əsl Azərbaycan oğlu kimi fəaliyyətinin bütün sahələrində daha böyük uğurlar arzulayıram.

 Rəhman ORXAN

3-1

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın