Menu
Geri İrəli

“Sosial Bloq Yazıları 3” müsabiqəsinin qalibləri məlum oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2011 • Baxış sayı: 333 dəfə • Şərh yoxdur
Share Button

Qaliblər arasında sumqayıtlı bloqçu da var…

19 yanvar Azərbaycan Media Mərkəzində Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində keçirilən “Sosial Bloq Yazıları 3” müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilib.

Müsabiqənin nəticəsinin elan olunduğu tədbirdə iştirakçılar ilə yanaşı, münsiflər və mətbuat nümayəndələri də iştirak edirdilər.

10 dekabr 2010-cu ildən 14 yanvar 2011-ci il tarixləri arasında keçirilmiş müsabiqənin münsifləri yeni media sahəsində tanınmış mütəxəssislər və bloqçular Vahid Qasımov, Arzu Qeybullayeva, Əli Novruzov, Elnur Məcidli və Seymur Kazımov olub.

“Sosial Bloq Yazıları 3” müsabiqəsinə digər – birinci və ikinci müsabiqədən  daha çox yazılar daxil olmuşdur. Sevindirici haldır ki, üçüncü müsabiqə Azərbaycanın müxtəlif regionlarından (Bakı, Gəncə, Şəki, Sumqayıt, Mingəçevir, Zaqatala, Şabran, Şirvan, Tovuz) daha çox bloqçu iştirak etmişdir. Bu dəfəki müsabiqədə, ümumilikdə 116 bloq yazısı təqdim olunmuşdur.

Bu dəfəki müsabiqədə Sumqayıtdan 7 bloqçunun 12 yazısı iştirak etmişdir. Bu bloqçular arasında Cavid Həsənov Boynu bükük yolka dirəyi və kəsilməyini gözləyən şam yazısı ilə 3-cü yeri tutmuşdur.

Qaliblər:

  1. Araz Bayramov (Bakı) – Məhv edilən keçmişimiz…

http://sosium.com/m%C9%99hv-edil%C9%99n-kecmisimiz/

  1. Aytən Süleymanova (Bakı) – Sizin paraşütünüz hansı rəngdədir?

http://sosium.com/uhat-color-is-your-parachute/

  1. Cavid Həsənov (Sumqayıt) – Boynu bükük yolka dirəyi və kəsilməyini gözləyən şam ağacı – http://sosium.com/sumqayitdan-yolka-x%C9%99b%C9%99rl%C9%99ri/

Digər 5 həvəsləndirici yerləri də Bakı, Sumqayıt və Şəkidən olan bloqçular tutublar.

Gənc Bloqçular Şəbəkəsilayihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın