Menu
Geri İrəli

Abbas Abbasovun qardaşı həbs olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyun 2015 • Baxış sayı: 502 dəfə • Şərh yoxdur

99804_res_01Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs olunub.

“Azadlıq” qəzetinin yazdığına görə, onun da adı Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda hallanır. Məlumata görə, Nadir Abbasov bu məsələ ilə bağlı DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Nadir Abbasovun Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü bildirilir.

“Təzadlar” qəzeti isə N. Abbasov barəsində həbs qətimkan tədbiri seçildiyini yazıb. Onun bir müddət əvvəl Gəncədə keçmiş “Yeyinti Ticarəti İdarəsi”nin bazasında soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. Kreditini qaytarmayan N. Abbasov DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılır. Məlumatda həmçinin bir neçə gün əvvəl Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun həyat yoldaşının və qızının Gəncədə bağça müdiri vəzifəsindən azad olunduğu da qeyd edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın