Menu
Geri İrəli

Abidə kompleksində aparılan tikinti işləri yekunlaşıb

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2010 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksində aparılan tikinti işləri yekunlaşıb.

2009-08-31_16973Abidə kompleksinin inşa edildiyi xiyabanın eni – 23 metr, ərazinin uzunluğu – 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv.m. hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb. Hazırda ərazidə müasir işıqlandırma sistemi quraşdırılır.

Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m -dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın