Menu
Geri İrəli

Abituriyentlər bu universitetdə ödənişsiz kurslarda iştirak edir

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2017 • Baxış sayı: 331 dəfə • Şərh yoxdur
Share Button
Qərbi Kaspi Universitetinin (əvvəlki Qərb Universiteti) abituriyentlər üçün təşkil etdiyi ödənişsiz riyaziyyat və rəsm-rəngkarlıq kursları davam edir.
Ali məktəblərə qəbul imtahanlarında riyaziyyat fənni üzrə biliklərin vacib əhəmiyyətini, eləcə də müasir dövrdə mühəndislik sahələrinin vacib istiqamətə çevrildiyini və bu sahə üzrə ixtisaslara qəbul olunmaq üçün riyaziyyat fənni üzrə hazırlığın mühüm tələb olduğunu qiymətləndirən universitet abituriyentlərə kömək məqsədi ilə bu fənn üzrə ödənişsiz dərnəklərin yaradılması barədə qərar qəbul edib və artıq bir aydan artıqdır ki, bu kurslar davam edir.
_AZpressAZ_Qerbi_Kaspi_Universiteti_Muhendislik_Odenishsiz_Kurslar__1
Eyni zamanda qabiliyyət imtahanına hazırlaşan abituriyentlərə kömək məqsədi ilə rəsm və rəngkarlıq dərnəyi yaradılıb və universitetin Dizayn və Memarlıq Məktəbinin professor-müəllim heyəti bu dərnəklərdə dərslər aparır.
Bundan əlavə universitetdə məktəblilər üçün “Biologiya”, “Kimya”, “Ekologiya”, “Kompüter mühəndisliyi”, “Robotiks”, “Astrofizika” “Tərcüməçilər”, “Tarix”, “Biznes” və s ödənişsiz dərnəklər yaradılıb.
Artıq onlarla şagird universitetin təşkil etdiyi ödənişsiz kurs və dərnəklərdə iştirak edir.
Qeydiyyat üçün əlaqə nömrəsi: 012 492 61 63 / 050 999 19 91
_AZpressAZ_Qerbi_Kaspi_Universiteti_Muhendislik_Odenishsiz_Kurslar__3

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın