Menu
Geri İrəli

ABŞ-dan seçkilərlə bağlı daha bir sərt bəyanat

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2013 • Baxış sayı: 153 dəfə • Şərh yoxdur

“Biz Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü öhdəliklərə hörmət etməyə çağırırıq”

 

ABŞ oktyabrın 17-də Azərbaycandakı prezident seçkiləri ilə bağlı mövqeyini təkrar edərək Əliyev hakimiyyətini baş vermiş bütün qanun pozuntularını şəffaf və etibarlı şəkildə araşdırmağa, ATƏT DTİHB-in tövsiyələrini yerinə yetirməyə çağırıb.
ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baerin qurumun Vyanada yerləşən Daimi Şurasına göndərdiyi bəyanatında deyilir:
“Biz Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü sərbəst toplaşma, birləşmə və ifadə azadlığı kimi öhdəliklərinə hörmət etməyə çağırırıq.
Seçkidən sonrakı dövrdə təmkin göstərmək və zorakılıqdan çəkinməyin vacibliyini xüsusi vurğulayırıq.
Biz Azərbaycan xalqını dəstəkləməyə və Azərbaycan hökuməti ilə ölkəni beynəlxalq aləmin stabil, çiçəklənən və demokratik üzvünə çevirmək üçün işləməyə hazırıq.
ABŞ ATƏT DTİHB-in missiyasına 2 uzunmüddətli və 25 qısamüddətli müşahidəçilər göndərmişik və müşahidə missiyasının seçkinin nəticələrilə bağlı 10 oktyabr tarixli bəyanatını qətiyyətlə dəstəkləyirik.
ABŞ təəssüflə bildirir ki, seçkilər beynəlxalq standartlardan və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərindən çox uzaq olub.
ABŞ-ın ATƏT-dəki missiyası ATƏT üzvü olan bəzi ölkələrin seçkilərdə ATƏT-in rolunu şübhə altına alan fikirlərindən dərin narahatlıq hissi keçirdiyini bildirir.
“Turan”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın