Menu
Geri İrəli

ABŞ diplomatından şok: “Ərdoğanı çökdürəcəyik”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2013 • Baxış sayı: 1,111 dəfə • Şərh yoxdur

“AKP iqtidarı və Rəcəb Tayyib Ərdoğan siyasəti Yeni Osmanlı ideyası üstündə qurulub və buna doğru gedir. Bunun qarşısı alınmalıdır, biz Ərdoğanı çökdürəcəyik”.

Etibarlı mənbədən “Axar.az”a daxil olan məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycanda kifayət qədər məşhur olan diplomatlarından biri siyasilərlə görüşündə aylar öncə, konfedensial şəkildə deyib. Qaynağımız bildirir ki, Türkiyə iqtisadiyyatının güclənməsi və qardaş ölkənin Yaxın Şərqin favoritinə çevrilməsi istiqamətində atdığı addımlar, həmçinin R.T.Ərdoğanın ərəb dünyasının lideri kimi qəbul olunması meylləri ABŞ başda olmaqla, bir sıra beynəlxalq gücləri qıcıqlandırıb.
Diplomat, “Yaxın aylarda Ərdoğanın çöküşünü görəcəksiniz” – sözünü də işlədib. Mənbə bildirir ki, hadisələrin indiki inkişafı Ərdoğan deyil, məhz Türkiyənin iqtisadi-siyasi baxımdan xaosa sürükləndiyini göstərdi:   “AKP-nin 3 seçki ard-arda təkbaşına iqtidar olması Türkiyədə onillərlə yaşanan siyasi xaotikliyi aradan qaldırdı və iqtisadiyyatın inkişafını stabilləşdirdi. ABŞ diplomatının bu sözlərini Ərdoğanın bələdiyyə seçkilərində uduzması üçün müxalifətin təbliğat kampaniyasına dəstək kimi anlasaq da, indi bəlli olur ki, bu eyhamın arxasında daha böyük iş dayanırmış”.erdoqan
Facebook Şərhləndirmə:

Şərhinizi yazın