Menu
Geri İrəli

ABŞ dövlət katibinin köməkçisi Ankaraya gəldi

Müəllif: Sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 238 dəfə • Şərh yoxdur

31403ABŞ dövlət katibinin Avropa və Avrasiya əlaqələri üzrə köməkçisi Viktoriya Nuland Türkiyəyə səfər edib.

O, Türkiyənin Xarici İşlər Nazirliyində görüşlər keçirir və “Rusiyaya Suriyaya müdaxiləsinə görə nə edilə bilər?” mövzusunu müzakirə edəcək.

Xəbərdə bildirilib ki, rəsmi Ankara ABŞ-ın terrorçu PKK-nın Suriyadakı qolu “PYD”yə (“Demokratik Birlik Partiyası”) 50 ton və ya 27 konteyner silah-sursat verməsinə də Ağ evdən cavab gözləyir. V.Nullandın keçirəcəyi görüşdə bu məsələnin də müzakirə olunacağı ehtimal edilir.

ABŞ diplomatı oktyabrın 10-da Ankarada dəmiryolu vağzalında terror hadisəsi baş vermiş yeri ziyarət edərək ora gül dəstəsi qoyub.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın