Menu
Geri İrəli

ABŞ kəşfiyyatı indi də “Yahoo” və “Google” saytlarından oğurluq edir

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2013 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur
Share Button

Amerikanınn Milli Təhlükəsizlik Agentliyinin “Yahoo” və “Google” şirkətlərinin bütün dünyadakı məlumat mərkəzlərini bir-birinə bağlayan əsas ünsiyyət xətlərinə gizlicə girdiyi və bu xətlərdəki məlumatları oğurladığı iddia olunur.

ANS PRESS-in məlumatına görə, “Vaşinqton Post” qəzetinin internet saytında dərc olunan xəbərdə bildirilir ki, MTA, hər iki saytın daxili şəbəkələrindən hər il milyonlarla məlumatı öz arxivinə ötürürmüş.

Qəzetin yazdığına görə, bu məlumat agentliyin keçmiş əməkdaşı Edvard Snoudendə saxlanılan sənədlərdə qeyd olunub.

“Google” şirkəti bu məsələ ilə bağlı yaydığı məlumatda, bununla bağlı narahat olduğunu qeyd edib: “Hökumətin məlumat mərkəzlərimizdəki trafiqə bu şəkildə müdaxilə etməsi şirkətdə narahatçılıqla qarşılanır”.

“Yahoo” şirkətindən verilən məlumatda isə bildirilir ki, təhlükəsizlik üçün son dərəcədə sərt yoxlamalar tətbiq olunmaqdadır: “MTA-ya və ya hansısa bir hökumət təşkilatına məlumat mərkəzlərimizə giriş haqqı verməmişik”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın