Menu
Geri İrəli

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Sumqayıta niyə gedib?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Avqust 2013 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

Bu gün ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Sumqayıtda olub və yerli administrasiya, vətəndaş cəmiyyəti təmsilçiləri, təhsil mübadilə proqramı məzunları və ABŞ Sülh korpusunun könüllüləri ilə görüşüb.

Sumqayıt ŞİH başçısı Eldar Əzizov və QHT təmsilçiləri ilə görüşdə əsas müzakirə mövzularından biri seçkiöncəsi vəziyyət olub. «ABŞ Azərbaycandakı seçkilərə böyük əhəmiyyət verir, seçki günü elan edilən kimi səfir Morninqstar bunu ifadə edib. Bizdə belə bir deyim var ki, seçki yalnız seçki günündə baş vermir. Seçki əslində mahiyyət etibarilə həm də seçkiyə aparan müddətdir. İnanırıq ki, Azərbaycanda seçki demokratik olacaq», – deyə Hoqan Turan-a bildirib.

Sumqayıtdakı ABŞ Təhsil Mərkəzində təhsil mübadilə proqramı məzunları ilə görüş keçirilib. Məzunlar öz təəssüratları və topladıqları təcrübə barədə danışıblar.

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Sumqayıt Texnologiyalar Parkında da olub, onu şəhərin sənaye və iqtisadi potensialı ilə tanış ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın