Menu
Geri İrəli

Abşeron rayon Saray bələdiyyəsinin sədri və həyat yoldaşı qətlə yetirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2015 • Baxış sayı: 3,480 dəfə • Şərh yoxdur
Share Button

vesile23Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetirilib.
Xeberle.com-a verilən məlumata görə hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evdə qeydə alınıb. Belə ki, qatillər onun başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırıblar. Hazırda mərhumların meyidləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanısının morqundadır. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.

Hadisəni törədən 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Artıq polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın