Menu
Geri İrəli

Abşeron`u Premyer Liqada Sumqayıt klubu əvəzləyəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2011 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur
“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu növbəti mövsümdən Premyer Liqada iştirak edəcək. Azerisport.az xəbər verir ki, bununla bağlı klub rəhbərliyi Peşəkar Futbol Liqasına müraciət edib.
Klubun maliyyə stabilliyini və Premyer Liqada iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi müraciəti müsbət qarşılayıb. Qeyd edək ki, birinci divizionda ötən mövsümün yekunlarına əsasən Premyer Liqaya vəsiqə qazanan “Abşeron” klubunun rəhbərliyi klubun maliyyə problemləri ilə əlaqədar olaraq Premyer Liqada iştirakdan imtina edib.
Belədə “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu bütün hüquqi sənədləri həll edərək yeni mövsümdən Premyer Liqada iştirak edəcək. Bununla əlaqədar klub maliyyə məsələlərini həll etmək üçün “Azərkimya” İB ilə sponsorluq haqqında müqavilə imzalayıb. Artıq onlar bu işin öhdəsindən layiqincə gələcəklərinə inamlarını da vurğulayıblar:
“İnanırıq ki, klubumuz baxımlı oyunu ilə azarkeşlərinə bol-bol sevinc bəxş edəcək və Sumqayıtda futbol ənənəsini daha yüksək şəkildə davam etdirəcək”.
Qeyd edək ki, yeni yaradılan klubun prezidenti Kamran Quliyev təyin olunub.
Sonda maraq üçün onu da xatırladaq ki, hələ xeyli müddət öncə azerisport.az “Abşeron”un Premyer Liqada Sumqayıt təmsilçisi kimi çıxış edəcəyini xəbər vermişdi. Bu isə klubun “Azərkimya” İB ilə anlaşması nəticəsində mümkün olacaqdı. Lakin tərəflər bu məsələdə anlaşa bilmədiyindən, sumqayıtlılar yeni klub yaratmağa qərar veriblər. Yəni istənilən halda bu məsələ öncədən proqnozlaşdırıldığı kimi başa çatmaq üzrədi. Mənbə: “azerisport.com”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın