Menu
Geri İrəli

AĞ GÜNLƏR EŞQİYLƏ YARANAN ŞƏHƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Aprel 2014 • Baxış sayı: 363 dəfə • Şərh yoxdur

sumqayitxeber.com İbrahim İLYASLInın Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr etdiyi şeri təqdim edir:

 Ibrahim-Ilyasl-foto

 AĞ GÜNLƏR EŞQİYLƏ YARANAN ŞƏHƏR

 Böyük arzusuydun böyük millətin,

Böyük talelərin şəhəri oldun.

Xəzərin qoynunda Azərbaycanın

Üzünə açılan səhəri oldun.

 

Həyatın özünə verdik imtahan,

Adınla gecəni gündüzə qatdıq.

Alın tərimizlə yoğruldu mayan,

Səni qarış-qarış qurub yaratdıq.

 

Yaşıl bağlar saldıq, ağ məhəllələr,

Zülmət gecələri çıraqban etdik.

Gündüz fəhlən olduq, axşam tələbən,

Halal haqqın ilə murada yetdik.

 

Doğma ağuşunda sevdik, sevildik,

Sevgilər yaşadıq sulardan təmiz.

Qubalı, qazaxlı, qəbələliydik,

Sumqayıtlı oldu körpələrimiz.

 

Ürəkdən, könüldən bağlandıq sənə,

Döndün qəlbimizdə sevgili yurda.

İgidlik görküdü, «Can Vətən!»- deyib,

Şəhid düşənlərin məzarı burda.

 

Qan-qada da gördük, qələbəlik də,

Şanlı tarixini yazdıq kitaba.

Bağçada şəninə şeirlər deyən

Qızlar nənə oldu, oğlanlar baba.

 

Ağ günlər gözləyir səni qarşıda,

Ağ günlər eşqiylə yaranan şəhər.

Bu dünya durduqca yaşa, sən yaşa,

Ey başdan ayağa gülüstan şəhər.

2009

Facebook Şərhləndirmə:

Şərhinizi yazın