Menu
Geri İrəli

Sumqayıtda “Liberal köşk” aksiyası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2012 • Baxış sayı: 507 dəfə • 1 şərh

“Gələcək” İctimai Birliyi tərəfindən Sumqayıt şəhərində “Liberal köşk” adlı aksiya keçirilib.

Aksiyanın keçirilməsində məqsəd müxtəlif sosial təbəqəli insanlar arasında liberalizmin nə olduğunu və hansı dəyərləri özündə birləşdirdiyini yaymaq olub.

“Liberal köşk” adının seçilməsi isə səyyar qəzet, məlumatlandırıcı mənasını simvolizə edir. Belə ki, bu məqsədlə şəhər sakinlərinə üzərində “ Liberalizm hər fərdin inanc, vicdan və düşüncə azadlığının tanınması lazım olduğunu müdafiə edən iqtisadi və siyasi təlimdir” sözləri yazılan bookmarklar paylanılıb.

Aksiyadan 200-ə yaxın insan yararlanıb. Bu addım birliyin ənənəsi olan bir fəaliyyətidir və mütəmadi olaraq keçirilir.

Qeyd edək ki, “Gələcək” İctimai Birliyi Sumqayıt gəncləri tərəfindən 2010-cu ildə yaradılıb və təşəbbüs qrupu olaraq fəaliyyət göstərir.

Nərmin Əhmədli

Facebook Şərhləndirmə:

“Sumqayıtda “Liberal köşk” aksiyası keçirilib” yazısına bir cavab

  1. Qaniyev deyir:

    Neca olur boyuk press kosklerinin is adamlarina pulla satilir. Seherin merkezi kucesine qoyulur. Koskde qazetden basqa doner ayran satilir. Bu dunyanin hec yerinde gorunmeyib. Seheri gozelesdirmeyiniz alqislayiriq daha bela yoxda kasib insanlari fikirlesmek de lazimdir…

Şərhinizi yazın