Menu
Geri İrəli

Ali Neft Məktəbinin tələbələri Sumqayıtda təcrübəyə başladılar

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2015 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur

98254Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində “Azərkimya” İstehsalat Birliyində təcrübə keçəcəklər. 

Bu məqsədlə BANM-in tələbələri rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə “Azərkimya” İstehsalat Birliyində olublar.

Tədbiri giriş sözü ilə açan “Azərkimya” İstehsalat Birliyinin rəhbəri, millət vəkili Muxtar Babayev təcrübə müddətində tələbələr üçün istehsalat yönümlü proqram qurulduğunu bildirib. O, gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə bu təcrübənin tələbələr üçün böyük rolu olacağını bildirib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Azərkimya” İstehsalat Birliyinin rəhbərliyinə səmimi qarşılanmaya və burada yaradılan şəraitə görə təşəkkür edib.

Ümumilikdə, BANM-in 38 tələbəsi “Azərkimya” İstehsalat Birliyinin strukturlarında istehsalat təcrübəsi keçəcəklər. Onlardan 18 nəfəri isə, 2 ay müddətində ödənişli əsaslarla təcrübə keçəcəklər. Belə ki, “Azərkimya” həmin tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlayacaq və onlar iki ay müddətində maaşla təmin olunacaqlar.<p”><p”>

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın