Menu
Geri İrəli

Allahşükür Paşazadə: “Mən ömrümdə özümə zəncir vurmamışam”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2013 • Baxış sayı: 123 dəfə • Şərh yoxdur

“Təzəpir” məscidində  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvası ilə Aşura günü münasibəti ilə könüllü qanvermə aksiyası davam edir.

 APA_nın verdiyi məlumata görə, saat 11:00-da QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə, QMİ sədrinirn müavini, İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, “Təzəpir” məscidinin axundları  qan veriblər.

 Allahşükür Paşazadə bütün müsəlmanlara bu günlə bağlı başsağlığı verib: “Kərbəla şəhidlərinə, bütün şəhidlərimizə Allah rəhmət etsin. Allah bizə Qarabağın azad edilməsini nəsib etsin. Müstəqillikdən sonra Aşura günü ilə bağlı tədbirlər daha qanunauyğun keçirilir. Alimlərimiz müraciət etmişdilər ki, Aşura günü zəncir vurulur, qan çıxarırlar. Bu, İslama uyğun deyil, insan özünə əziyyət verməməlidir. Mən heç ömrümdə özümə zəncir vurmamışam. Qana ehtiyacı olan xəstələr var. İmam Hüseynin də ruhu şad olardı ki, qanlarımızı həmin insanlara verək. Bu, böyük savabdır. Mən istərdim ki, imkanı olan bütün müsəlmanlar tək Aşura günü yox, başqa günlərdə də qan versinlər. Bir insanın həyatını xilas etmək bütün dinlərdə bəyənilir. Bu gün İmam Hüseyn aramızda olsaydı, o da belə addım atardı. Bəziləri təbliğ edirlər ki, guya İmam Hüseyn şiədir. Ancaq imam Hüseyn müsəlmandır, nə şiə, nə sünnidir. Bu gün həm sünni, həm şiə məzhəbindən olanlar İmam Hüseyn təziyəsini keçirirlər”.

Allahşükür Paşazadə sonda hamını birliyə çağırıb: “Allah Kərbəla şəhidlərinə də, bizim şəhidlərə də rəhmət etsin”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın