Menu
Geri İrəli

Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyəti Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2015 • Baxış sayı: 439 dəfə • Şərh yoxdur

almanlarArtıq 38 ildir ki, Sumqayıtı Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlıq əlaqələri birləşdirir. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur.

AZƏRTAC xəbər verir ki, Lüdviqshafen şəhərindən gələn rəsmi nümayəndə heyəti aprelin 16-da Sumqayıtda səfərdə olub.

Lüdviqshafen şəhərinin burqomistri Klaus Dillingerin rəhbərlik etdiyi nümayəndə heyəti şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüb.

Sonra qonaqlar Sumqayıt Şəhər İcra Hakimiyyətinə gəliblər. Burada keçirilən görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərin tarixi və inkişafı haqqında ətraflı məlumat verib. O, Azərbaycan-Almaniya dostluq münasibətlərinin şəhərlər arasında əlaqələrin müsbət dinamikasına təkan verdiyini vurğulayıb.

Klaus Dillinger qardaşlıq əlaqələrinin tarixindən danışıb, son 10 ildə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihəsi çərçivəsində görülən işlər haqqında geniş məlumat verib.

Sonra Lüdviqshafen-Sumqayıt Cəmiyyətinin sədri Volfqanq Lauenştayn əlaqələrin əhəmiyyətindən bəhs edib.

Görüşdə yeni layihələr barədə də fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Həmin gün almaniyalı qonarlar Sumqayıtda fəaliyyət göstərən Alman dili Mərkəzində, “ASAN xidmət”də, alman qəbiristanlığında da olublar.

Sabah qonaqlar şəhərin bir sıra sənaye müəssisələri ilə tanış olacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın