Menu
Geri İrəli

AMEA Rəyasət Heyətində Sumqayıtla bağlı qərar qəbul edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2015 • Baxış sayı: 711 dəfə • Şərh yoxdur
Share Button

muxtar babayevBu gün AMEA Rəyasət Heyətinin növbəti iclasında AMEA Kimya Elmləri Bölməsinin akademik – katibi Dilqəm Tağıyevin “Sumqayıt Kimya Sənaye Parkının və “Azərkimya” İB-nin fəaliyyətində AMEA-nın iştirakının genişləndirilməsi perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

APA-nın xəbərinə görə, D. Tağıyev bildirib ki, Sumqayıt Kimya Sənaye Parkı və “Azərkimya” İB-i ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsi, kimya sənayesinin formalaşması və təkmilləşməsi istiqamətində mühüm vəzifələri həyata keçirir.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və Rəyasət Heyəti tərəfindən qərar qəbul edilib.

Qərarda qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkı və “Azərkimya” İB ilə AMEA arasında əməkdaşlığı genişləndirmək məqsədilə 2016-cı ilin I rübü ərzində birgə fəaliyyət planı hazırlansın. Habelə 2017-ci ildə istismara veriləcək Karbamid zavodunun məhsulları və metanol əsasında yeni tətbiq sahələri olan kimyəvi maddələrin, daha effektiv gübrələrin alınması sahəsində tədqiqatların genişləndirilməsi məsələləri də qərarda əks olunub.

Eyni zamanda, qərarda AMEA-nın Polimer Materialları İnstitutu tərəfindən istehsalı 2017 və 2018-ci illərə planlaşdırılan polipropilen və yüksək sıxlıqlı polietilen əsasında yeni və daha keyfiyyətli kompozitlərin alınması istiqamətində tədqiqatların həyata keçirilməsi, AMEA-nın Təcrübə Sənaye Zavodunda əsaslı rekonstruksiya işlərinin aparılması və gələcəkdə zavodun akademik texnoparka çevrilmə perspektivini nəzərə alaraq pilot layihələrdə və yeni islahat sahələrinin yaradılmasında onun imkanlarından istifadə edilməsinə Sumqayıt Kimya Sənaye Parkı tərəfindən dəstək verilməsi məsələləri yer alıb.

Tədbirdə “Azərkimya” İstehsalat Birliyinin sədri Muxtar Babayev də iştirak edib.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyevə həvalə olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın