Menu
Geri İrəli

AMEA Sumqayıtda da elm və mədəniyyət festivalları keçirəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2016 • Baxış sayı: 492 dəfə • Şərh yoxdur
Share Button

akif elizade“2016-cı ildə Azərbaycanda respublika üzrə elm və mədəniyyət festivallarının keçirilməsi planlaşdırılır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib. O bildirib ki, elm və mədəniyyət festivallar “Multikulturalizm ili” çərçivəsində təşkil olunacaq: “Biz respublika üzrə elm festivalının keçirməklə, kitaba, mütaliəyə maraq oyatmaq istəyirik. Bu, bizim üçün çox zəruridir. Festival Bakıda, Naxçıvanda, Sumqayıtda, Lənkəranda təşkil ediləcək”.

A. Əlizadə qeyd edib ki, respublika üzrə mədəniyyət festivalı AMEA və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Onun sözlərinə görə, AMEA Mərkəzi Elmi Kitabxanasının Alimlər Evinə çevrilməsi planlaşdırılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın