Menu
Geri İrəli

Amerika ordusu Azərbaycanda məxfi araşdırma keçirdi, nəticələr açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2015 • Baxış sayı: 395 dəfə • Şərh yoxdur

img1858509Amerika ordusu Azərbaycanda məxfi araşdırma keçirdi, nəticələr açıqlandı
Pentaqon Azərbaycanda əhalinin ABŞ-a münasibətini öyrənmək üçün sosioloji araşdırma sifariş verib və ortaya maraqlı nəticələr çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, araşdırma nəticəsində Azərbaycanda ABŞ-ın nüfuzunu xeyli itirdiyi məlum olub.

Araşdırmanı ABŞ-ın Viskinson Universitetindən sosiologiya professoru, Rusiyanı, Mərkəzi Asiyanı və Şərqi Avropanı araşdırma Mərkəzinin rəhbəri Teodor Gerber və Arizona Universitetindən adyunkt-professor Ceyn Zaviska aparıblar. Araşdırmanı ABŞ ordusunun Araşdırma laboratoriyası qrant şəklində dəstəkləyib.

Professorlar araşdırmanın nəticələri barədə “Newsweek” jurnalında dərc edilmiş geniş məqalədə məlumat veriblər.

Araşdırma göstərib ki, Azərbaycanda sadə insanlar ABŞ-ı dünya nəhəngi statusuna iddia edən, eyni zamanda başqa dövlətlərin daxili işlərinə həyasızcasına müdaxilə edən, öz maraqlarını güdən dövlət hesab edirlər.

Müəlliflər hesab edirlər ki, bu, Rusiyanın apardığı təbliğatın birbaşa nəticəsidir. Araşdırma 2014-cü ilin aprelindən avqustuna qədər Azərbaycan, Ukrayna, Rusiya və Qırğızıstanın müxtəlif şəhərlərində əvvəlcədən elmi metodlarla seçilib müəyyən edilmiş 18 fokus-qrup arasında keçirilib. Məlum olub ki, araşdırmanın aparıldığı qalan ölkələrdə də əhalinin ABŞ-a qarşı münasibəti əsasən mənfidir.

Təbii ki, iki amerikalı professor araşdırmanı təkbaşına aparmayıb və bu məqsədlə yerli qruplarla əməkdaşlıq edib. Lakin hansı qruplarla əməkdaşlıq edildiyi açıqlanmır. Professorlar araşdırmanı aparmaq üçün metodik vəsaitlər işləyib hazırlayıblar və fokus-qrupların işini izləyiblər. Yalnız Azərbaycanın Sabirabad şəhərində iki fokus-qrupla işləmək mümkün olmayıb. Çünki amerikalıların adamları “siyasi mürəkkəblik və logistika problemləri ucbatından” bu şəhərə daxil ola bilməyiblər. Nəticədə onlar Bakı ilə kifayətlənməli olublar və biri qadın, biri kişi olmaqla iki fokus qrupu ilə işləyiblər.

Azərbaycandakı fokus-qruplarda ABŞ barədə iki əsas mövqe müşahidə edilib. Qadınlardan ibarət fokus-qrupda respondentlər Amerikanın təhsil, səhiyyə sistemin, iqtisadiyyatını, siyasi sistemini və həyat səviyyəsini tərifləyiblər. Ancaq qadınlar Amerikanın xarici siyasəti haqda bir kəlmə də demək istəməyiblər.

Kişilərdən ibarət fokus-qruplarda isə birmənalı olmayan fikirlər səslənib. Respondentlər ABŞ-ın hərbi gücü, iqtisadiyyatı və demokratiyası barədə müsbət fikirlər desələr də bu ölkənin demokratiyanı yaymaq səyləri barədə ancaq mənfi danışıblar.

“ABŞ özü üçün demokratikdir, başqa ölkələr üçün yox. Bütün bunların hamısı ancaq sözdür, onlar heç vaxt yerli əhalinin əvəzindən onun etməli olduğunu etməyəcəklər. Onlar demokratiya qurmurlar”-Bakıdakı respondentlərdən biri deyib.

Digər respondent isə bildirib ki, Azərbaycanda da Amerikadakı kimi təhsil, səhiyyə sisteminin olması əla olardı. Həmin respondent ABŞ-da insanların öz hüquqlarını bildiyini, polisin isə səlahiyyətlərini yaxşı dərk etdiyini bildirib.

“Əgər bizim vətəndaşlar da amerikalılar kimi öz hüquqlarını dərk edə bilsəydi, demokratiya qurmaq mümkün olardı” – həmin respondent deyib.

Növbəti respondent isə bildirib ki, bütün kiçik ölkələrdə Amerika imperialistləri və sionistləri diktatorları hakimiyyətə gətirir, sonra həmin ölkələrin sərvətlərini talayır.

“ABŞ ancaq öz demokratik quruluşunu və vətəndaşlarının hüquqlarını qoruyur. Başqa ölkələri isə talayır. ABŞ-ın siyasinin məqsədi bizim kimi balaca ölkələri talamaq, onları özünə tabe etdirməkdir” – respondent bildirib.

Respondetlərdən digəri isə Ukraynadakı münaqişənin günahkarının ABŞ olduğunu deyib. Gözlənilmədən bildirib ki, onun eşitdiyinə görə amerikalılar Azərbaycanda da Ukraynadakı kimi inqilab hazırlayır.

Həmin respondent bu barədə “qəzetdən oxuduğunu” deyib: “Onlar iğtişaş yaratmaq, bizim Rusiya ilə münasibətlərimizi korlamaq istəyirlər”.

Rəyi soruşulanların əksəriyyəti ABŞ-dan fərqli olaraq Rusiya barədə müsbət fikirlər bildiriblər. Hətta respondentlərdən biri deyib ki, o, Türkiyə və Rusiya arasında seçim etməli olsa, ikincini seçərdi.

Araşdırmanın nəticəsi olaraq professorlar təklif edirlər ki, ABŞ bu regionda özünün “yumşaq gücünü” bərpa etmək üçün QHT-lərə birbaşa dəstəyi azaltmalıdır. Çünki ABŞ həmin ölkələrdə QHT-lərə kömək etməklə onlara “ayı xidməti” göstərir.

Hakimiyyət bu yardımı Amerikanın ölkənin daxili işlərinə müdaxiləsi kimi təqdim edir və nəticədə ABŞ-ın reputasiyasına zərbə dəyir. Habelə Amerikadan qrant alan yerli QHT-lər bundan ziyan çəkir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın