Menu
Geri İrəli

Amerikadan Sumqayıtla bağlı xatirələr və suallar – İKİ DOSTUN MƏKTUBLAŞMASI

Müəllif: sumqayitxeber.com • Tarix: 3 May 2016 • Baxış sayı: 938 dəfə • Şərh yoxdur

Qələmi əlimə alıb məqalə yazmaq fikrində deyildim, əgər elektron poçtuma Amerikadan uşaqlıq dostumdan məktum almasaydım. Onunla bir həyətdə böyümüşdük. Azərbaycan Dövlət Universitetində bir yerdə oxuyurduq. Mən jurnalistika, o isə hüquq fakultəsində təhsil alırdı. Tale elə gətirdi ki, o, 1990-cı illərin ortalarında ailəsi ilə birlikdə Amerikaya köçəsi oldu. Dostumun məktubunda Sumqayıtla bağlı bir çox xatirələr və suallar var. Bəzilərini ixtisarla verirəm.

“Hörmətli Eyruz. Bilirsən ki, Sumqayıt mənim üçün nə qədər əziz və doğmadır. Bu şəhərdə dünyaya göz açmışam, böyümüşəm, ali təhsil almışam. Vətəndən uzaqlarda yaşasam da Sumqayıt tez-tez yuxuma girir. İstirahət parkını, çimərliyi, sevgililər körpüsünü, köhnə beşmərtəbəni, “Bülbül” kafesini, futbol oynadığımız M.Hüseynzadə adına stadionu xatırlayır, hardasa bir nostalji hisslər keçirirəm. Məni qürbət eldə yaşadan da məhz budur. Son vaxtlar Sumqayıtın simasının dəyişməsi haqqında internet şəbəkələrində yerləşən müxtəlif saytlardan oxumuşam. Deyilənə görə şəhər öz simasını dəyişib. Burada böyük abadlıq, quruculuq işləri aparılır. Yeni göydələnlər, mehmanxanalar, biznes mərkəzləri, banklar, müxtəlif özəl şirkətlər fəaliyyət göstərir. Bütün bunlara inanmaq istərdim. Bu, həqiqətdirmi? İnanıram ki, doğulub boya-başa çatdığım doğma şəhərim haqqında mənə müfəssəl məlümat verəcəksən.

Hörmətlə: dostun İslam Əliyev, Amerika, Nyu-York şəhəri”. 

Əziz dostum! Məktubu oxuyub qurtardıqdan sonra fikrə daldım. Səninlə keçirdiyim uşaqlıq illərim yadıma düşdü. Sumqayıt mənim gözlərim qarşısında böyüyüb, inkişaf edib. Onunla həmişə fəxr etmişəm, öyünmüşəm. İnsanların mənə qarşı, mənim insanlara qarşı münasibətimiz həmişə səmimi olub. Çünki Sumqayıtın təməli xoş niyyətin və qarşılıqlı etibarın əsasında qurulub. Bütün bunları sən yaxşı bilirsən.

Bir çox ölkələrdə ezamiyyətdə və turist səfərlərində olmuşam, sanatoriyalarda, istirahət evlərində dincəlmişəm. Çoxlu gözəl, yaraşıqlı şəhərlər görmüşəm. Bununla belə, Sumqayıti heç biri ilə əvəz edə bilmərəm. Sumqayıt mənim üçün dünyanın ən gözəl və əvəzedilməz şəhəridir. Bunu sən də məktubunda təsdiq edirsən.

Bilirsən ki, 60 ildir ki, Sumqayıtda yaşayıram. Onun hər bir küçəsinə, prospektinə, məhəllə və mikraroyonlarına, parklarına, xiyabanlarına yaxşı bələdəm. Doğma şəhərim gözlərim önündə böyüyüb. Onun qurucuları daşı daş üstə qoyub Xəzərin sahilində gözəl bir şəhər salmışlar. Küşələrdə, binalarda, yaşayış massivlərində onların ayaq izlərini görürəm, nəfəslərini duyuram. Bu şəhər halal şəhərdir. Çünki onu halal insanlar tikib.

Sumqayıtda çalışan rəhbər kadrların heç birinin üzərinə kölgə salmaq fikrindən çox-çox uzağam. Kimi az, kimi çox Sumqayıta can yandırıb, quruculuq işində əməyi olub.

Bununla belə, ağsaçlı Xəzərin sahilində salınan şəhərin salınmasında və inkişafında bir neçəsinin adını qeyd etmək yerinə düşərdi. İstərdim sənin də onlar haqqında az da olsa, məlumatın olsun. Rəhbər işcilərdən Kamran Hüseynovun,  Yəhya Məmmədovun, Məhəmməd Cəlilovun, Hüseyn Axundovun, Şənlik Əliyevin, Zülfi Hacıyevin, Təvəkkül Məmmədovun,  zavod direktorlarından Mehdi Mehdiyevin, Xalid Rzayevin, Məmmədiyyə Kərimovun, Zamin Hüseynovun, trest müdirlərindən Məzahir Abdullayevin, Sərvər Bədəlbəylinin, Sabir Rzayevin, fəhlələrdən Tofiq Kərimovun, İdris Dadaşovun, Zəminə Həsənovanın, Aslan Osmanovanın, Ağaxan Ağayevin və bir çox başqalarının gərgin əməyi və böyük zəhməti vardır.

Sumqayıtı haqlı olaraq mini Azərbaycan adlandırırlar. Bu, həqiqətən belədir. Azərbaycanın bütün bölgələrindən Sumqayıta pənah gətirmiş, taleyini bu şəhərlə bağlamış insanlar, bu gün təqaüddə olsalar da, onların övladları gənclik şəhərini daha da gözəl və yaraşıqlı etmək üşün əllərindən gələni edirlər.

Möhtərəm prezidentimiz, cənab İlham Əliyev Sumqayıta gəlişlərinin birində demişdir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Sumqayıt şəhəri öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir”.

Bu, həqiqətdir. Sumqayıt sürətlə inkişaf edir, onun sabahı parlaq və günəşli olacağına inanıram. Sözsüz ki, problemlər də az deyil. Onlar da öz həllini gec-tez tapacaqdır. Bunu sənə tam əminliklə deyirəm.

1970-1980-ci illərdə Sumqayıt beynəlmiləl şəhər olaraq sovetlər birliyində nümünə idi. Burada 80-dən çox millətin nümayəndəsi çiyin-çiyinə çalışırdı. Lakin bu dostluğa xəyanət edənlər də tapıldı. 1988-ci ilin vefral ayında erməni millətçiləri SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, Ermənistanın xüsusi xidmət orqanlarının əli ilə Sumqayıtda qan tökdülər. İllər keçdi, sular duruldu, dünya ictimaiyyətinə bəlli oldu ku ki, Ermənistan dövləti, millətçi qüvvələr, xaricdə yaşayan erməni lobbisinin Dağlıq Qarabağın Ermənistana qatılmasının mümkünsüzlüyünü görüb Sumqayıtda öz millətlərinə qarşı zorakılıq etdilər. Bütün bunlar sumqayıtlıların iradəsini qıra bilmədi. Onlar illərlə yaratdıqları və qoruduqları dostluq ənənələrini qorudular, yaşatdılar. Əgər Sumqayıt sovetlər birliyində Gürcüstanın Rustavi, Ukraynanın Çerkassı, Rumıniyanın Piteşti, Almaniyanın Lyudviqshafen şəhərləri ilə dostluq və əməkdaşlıq əlaqələri saxlayırdısa, indi Belorusiyanın Mogilyov, Çin Xalq Respublikasının Çyu Cou, Türkiyənin Ceyxan, Qazaxıstanın Aktau, Rusiyanın Hevınomıssk, Avstriyanın Linst, İtaliyanın Bari şəhərləri Sumqayıtın qardaşlaşmış şəhərlərinə çevrilmişdir. Bu bir daha onu sübut edir ki, Sumqayıt özünün beynəlmiləlçilik ənənələrinə sadiqdir.

Bu gün Sumqayıta, onun yetişdirməsi, mən deyərdim, şəhərimizin böyük təəssübkeşi Zakir Fərəcov rəhbərlik edir. İcra başçısını tərifləmək fikrində deyiləm. İnsana vəzifəsinə görə yox, əməlinə görə qiymət vermək lazımdır. Əməl isə göz qabağındadır. Hec kim inkar edə bilməz ki, Sumqayıtda aparılan quruculuq işləri ürəyincə deyil. Bu, haqsızlıq olardı.

İcra hakimiyyəti başçısının müsbət cəhəti ondan ibarətdir ki, kadr dəyişikliklərində sumqayıtlılara üstünlük verir. Təcrübəli, məktəb keçmiş, bacarıqlı mütəxəssislər irəli çəkilir. Gənclərə üstünlük verilməsi də müsbət qarşılanır. Bakıdan və başqa regionlardan şəhərə vəzifə postina gətirilən kadrların təcrübəsiz və səriştəsiz olduğunu qeyd etmək fikrində deyiləm. Bu mənim səlahiyyətimə aid deyil. Bununla belə, etiraf etmək lazımdır ki, onların bəziləri özlərini Sumqayıtın təəssübkeşi, bəziləri isə müvəqqəti qonağı hesab edirdilər. İkinci kateqoriyaya aid olan məsul şəxslər şəhərin problemləri ilə çox vaxt maraqlanmırdılar. Onlar Sumqayıtın qurucuları ilə görüşmür, şəhərin adət-ənənəsinə soyuqqanlı yanaşırdılar. Bu da çox vaxt səhvlərə gətirib çıxarırdı. Bu ənənə nə yaxşı ki, Sumqayıtın icra başçısı Z.Fərəcov tərəfindən dayandırıldı və rəhbər vəzifələrə hamının tanıdığı və hörmət bəslədiyi kadrlar irəli çəkildi.    

İndi isə əziz dostum, sənə Sumqayıtda aparılan quruculuq işləri ilə tanış etmək istəyirəm. Bir günümü buna sərf etdim. Əvvvəllər hər dəfə Bakıya gedəndə və Sumqayıta qayıdanda şəhərimizin girişinin səmtinin baxımlı olmadığı haqqında çox düşünürdüm. Başqa ölkələrdə bir çox şəhərlərə daxil olarkən göz oxşayan geniş, yaraşıqlı, milli xüsusiyyətləri özündə əks etdirən gözəl panaramın açıldığını görəndə məndə yaxşı mənada bir qısqanclıq hissi baş qaldırırdı. Özüm özümə sual verirdim: “Bəs nə üşün bizdə olmasın?”

İndi inanmağa başlamışm ki, xəyallar gerçəkləşməkdədir. İlk öncə onu qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün ikitərəfli yolun çəkilməsi, genişləndirilməsi və işıqlandırılması qəza hallarının minimuma endirilməsi deməkdir. Sumqayıtlılar yaxşı şahiddirlər ki, bu yolda nə qədər bədbəxt hadisələr baş verib, insan həlak olub. Sumqayıtın girişinin layihəsi ilə tanış olmuşam.

sulh kucesiBaşqa şəhərlərdən ciddi şəkildə fərqlidir. Bu sevindirici haldır. Xaricdən gələn qonaqlar və turistlər şəhərin girişinə, onun yollarına ciddi fikir verirlər. Axı, yol mədəniyyətdir. Şəhər haqqında ilk rəy də elə buradan başlanır.

Sumqayıtın inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. İstər 1970-80-ci illərdə, istərsə də hakimiyyətə ikinci qayıdışından sonra ümummilli lider bir neçə dəfə Sumqayıtda olmuş, yeni müəssisələrin və qurğuların bünövrəsinin qoyulmasında və istifadəyə verilməsində doğma şəhərimizə göstərdiyi böyük qayğının canlı timsalıdır. Bu qayğını bu gün Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Son bir ildə Sumqayıtın iqtisadi-sosial inkişafı ilə bağlı bir neçə sərəncam imzalamışdır. Bu sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsində Sumqayıt rəhbərliyinin, sumqayıtlıların böyük əməyi duyulmaqdadır.

Heydər Parkında Ulu öndərin adını daşıyan Mərkəzin bu yaxınlarda istifadəyə verilməsi sumqayıtlılara böyük hədiyyə olacaqdır. Heydər Əliyev irsinin öyrənilməsi, dövlət quruculuğunda əvəzolunmaz rolu, müstəqilliyimizin qorunması, dövlət idarəçiliyi, xarici və daxili siyasətin prinsipləri gənc nəsl üşün böyük bir məktəb olacağına əminik.

Heyder Eliyev merkezi

Şahmat məktəbinin tikintisi də idmançıların ürəyincədir.

1980-ci il yadıma düşür. Nəsimi adına mədəniyyət və istirahət parkında oturacaqların birində əyləşmişdim. Sovetlər birliyindən turistlər parkda gəzirdilər. Ekskursovod deyəndə ki, bu parkı sumqayıtlılar 20 ilə salıblar, turistlər inanmadılar. Burada böyük bir meşə zolağının olduğunu qeyd etdilər. Bu hadisəni yada salmaqda məqsədim nədir? Park həqiqətən sumqayıtlılar tərəfindən salınıb. Bunu sən məndən də yaxşı bilirsən. Bu ənənə bu gün daha qabarıq şəkildə görünür. Son altı ayda istər parkda, istərsə də kücələrdə, xiyabanlarda şam və dekarativ ağacların əkilməsi buna sübutdur. Adətən Dubaydan gələnlər şəhərin palma ağacları ilə bəzəndiyini qeyd edirlər. Artıq Sumqayıda bu ağacların əkilməsi şəhərimizə xüsusi gözəllik verir. (Düzdür, bu ağaclara xüsusi qulluq göstərilməlidir. Yaşıllaşdırma idarəsinin işçiləri bunu yəqin ki, yaxşı bilirlər)

IMG_0245 копия

Parkımızda aparılan yenidənqurma işləri onu əsas verir deyək ki, yaxın gələcəkdə Nəsimi adına mədəniyyət və istirahət parkı dünyada nümünə olan bir çox parkların adı ilə birgə çəkiləcəkdir. Sözsüz ki, bu sahədə böyük iş görülməlidir. Onu da qeyd edim ki, parkda böyük canlanma var, bu hiss olunur. Yük maşınlarının dəniz kənarına tikinti materiallarının aramsız daşıması, fəhlələrin gərgin əməyi sübut edir ki, layihədə nəzərdə tutulan obyektlər vaxtında sumqayıtlıların ixtiyarına veriləcək və bura əsl istirahət zonasına çevriləcəkdir. Burada yaşayış massivi, uşaq baxçası, əyləncə mərkəzi, yaxta klub, mehmanxana, vəffarələr, ticarət və iaşə obyektlərinin bünövrəsi qoyulub və gərgin iş aparılır.

Sumqayit bulvari kollaj

Parkın simasını şəkillərdə görürsünüz. Məgər bu sevindirici deyilmi?

Adətən haradasa bir problem yarananda deyirlər ki, icra hakimiyyəti var, o da həll etməlidir. Düzdür, icra hakimiyyətinin bir çox strukturları var, səlahiyyətləri böyükdür. Onlar öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Bəc biz? Əgər özümüzü Sumqayıtın təəssübkeşi sayırıqsa, deməli, biz də qollarımızı çirmələyib, hərəmiz öz iş yerimizdə böyüdüyümüz, yaşadığımız, çörəyini yediyimiz şəhərə kömək etməliyik. Axı, bu bizim evimizdir.

Sumqaytda yüzlərlə binanın dam örtüyünün dəyişdirilməsi nə deməkdir? Hər dəfə yağış yağanda sumqayıtlıların döymədiyi qapılar qalmırdı. Şikayətə isə baxan olmurdu. Liftlərdən də narazı olanlar çox idi. Bu problemlər bu gün sürətlə və keyfiyyətlə həll olunur. Çalışdığım redaksiyanın binasının dam örtüyü 1952-ci ildən dəyişilməyib. İcra baçşısı 60 il ərzində həllini tapmamış bir problem bir həftənin içində həll etdi. Onu da qeyd edim ki, 6 ay zərzində uşaq baxçalarında bu problem artıq öz müsbət həllini tapıb.

1 (2)

“Heydər Əliyev”, “Azərbaycan” “Sülh” prospektləri tanınmaz olub. Yaşayış massivi, ticarət obyektləri öz simasını dəyişib, daha gözəl və cazibədar olub. Xiyabanlarda yaşıl zolaqların salınması, gül-çiçəklərin əkilməsi doğma Sumqayıtımızı daha yaraşıqlı edib.

IMG_0655

Bir sözlə, əziz dostum, Sumqayıtda aparılan quruculuq işləri ilə bağlı daha çox yaza bilərəm. Bununla belə, yazdıqlarımla kifayətlənirəm. Sumqayıt bizim şəhərdir, onu yaşadan və gözəlləşdirənlər isə sumqayıtlılardır. Yəqin ki, sənin buna şübhən yoxdur.

 Eyruz Məmmədov,

Pespublikanın əməkdar jurnalisti

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın