Menu
Geri İrəli

Amerikanın musiqi qrupu Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2016 • Baxış sayı: 685 dəfə • Şərh yoxdur
Share Button

sumqayitxeber.com xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Amerikanın bluqrass musiqi janrında ifa edən Silver City Bound qrupunun Sumqayıt şəhərində konserti baş tutub.

Silver City Bound Amerikanın ənənəvi musiqisinin müxtəlif ölkələrdən olan musiqiçilərlə birgə təqdimatları ilə məşhurdur. 2014-cü ildə qrup ABŞ-ın Dövlət Departamenti adından Çin, Myanmar, Laos və Vyetnam kimi ölkələrə səfər etmək üçün seçiliblər.

Azərbaycanda olarkən Silver City Bound qrupu ABŞ Səfirliyi tərəfindən 13-22 may tarixlərində təşkil olunan Amerika Günləri çərçivəsində müxtəlif ictimai konsertlərlə çıxış edəcək və yerli musiqiçilər üçün ustad dərslər keçirəcək. Konsertlər Sumqayıt şəhəri ilə yanaşı  Quba və Bakıda yerləşən Muğam Mərkəzi və Bayram Meydanındakı Yaşıl Kafedə də baş tutacaq.

Qeyd edək ki, Bluqrass musiqisi kantri musiqi janrına yaxın olan ənənəvi Amerika musiqi formasıdır. Appalachia ərazisinin musiqisinin təsirinə məruz qalmış Bluqrass özündə ənənəvi İrland, Şotlandiya, Uelş və İngilis musiqisinin köklərini birləşdirir, daha sonra isə o həmçinin jazz elementlərinin əlavə edilməsi nəticəsində Afrika-Amerika musiqisinin təsirinə da məruz qalıb. Özünün xarici turnelərindən əlavə olaraq, Silver City Bound qrupu “Jazz at Lincoln Center”, SFJAZZ, Stanford Jazz Festivalı, Şimalı Karolina Məktəbinin İncəsənət Universiteti və digər məşhur incəsənət təşkilatlarının köməyi ilə ABŞ-da 200-dən çox konsertlər və ustad dərsləri keçirmişdir. Göstərilən təşkilatlar Amerika musiqisinin çoş mədəniyyətli mənşəyini tədqiq edir və eyni zamanda auditoriyalara improvizasiya, şifahi tarix, ritm və blyuz kimi konsepsiyaları təqdim edir.IMG-20160517-WA001 IMG-20160517-WA003 IMG-20160517-WA004 IMG-20160517-WA007 IMG-20160517-WA008

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın