Menu
Geri İrəli

Anasından danışan Rafael Ağayev kövrəldi : “Anam yarışdan qabaq demişdi ki”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2015 • Baxış sayı: 1,017 dəfə • Şərh yoxdur

10184

“Bakı 2015” Avropa Oyunlarında qızıl medal qazanan Rafael Ağayev “5/5” verilişində göz yaşlarını saxlaya bilməyib.
Axşam.az-ın məlumatına görə, anasından danışan karateçi bunları deyib:
“Medalı qazanandan sonra şəhərcikdə qalırdıq. Bizə evə getməyə icazə verilmirdi. Müəllimdən icazə aldım, gecə saat 3-də anamın yanına getdim. Medalı boynundan asıb qucaqladım. Anam yarışdan qabaq demişdi ki, “Ən böyük arzum orada qalib olmağındır. Ondan sonra başımı yerə qoyacam”. Arzusunu yerinə yetirdim. Anamın 54 yaşı var”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın