Menu
Geri İrəli

Aquero İngiltərə çempionatında ən tez penta-triki rəsmiləşdirdi

Müəllif: Sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2015 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur
Share Button

783060-20848379-1600-900“Mançester Siti” “Nyukasl”ı darmadağın etdi.

“Mançester Siti” İngiltərə Premyer Liqasının 8-ci turunda “Nyukasl Yunayted”i darmadağın edib.

Oxu.Az xəbər verir ki, Mançesterdə keçirilən oyun meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə bitib.

Argentinalı hücumçu Serxio Aquero 25 dəqiqədən az bir müddətə penta-trik rəsmiləşdirib — 42, 49, 50, 60 və 62-ci dəqiqələrdə. “Şəhərlilər”in heyətində daha bir dəfə Kevin de Bruyne fərqlənib.

“Nyukasl”ın heyətində isə yeganə qolu Aleksandr Mitroviç vurub.

İngiltərə. Premyer Liqa. 8-ci tur

“Mançester Siti” (Mançester) — “Nyukasl Yunayted” (Nyukas-apon-Taym) — 6:1

Qollar: Mitroviç, 18 (0:1); Aquero 42 (1:1); Aquero, 49 (2:1); Aquero, 50 (3:1); De Bruyne, 53 (4:1); Aquero, 60 (5:1); Aquero, 62 (6:1). 

Qeyd edək ki, Aquero İngiltərə çempionatında bir oyunda beş qol vuran beşinci futbolçu oldu. Bundan əvvəl, Endi Koul, Alan Şirer, Cermen Defo və Dimitar Berbatov eyni uğura imza ata bilmişdirlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın