Menu
Geri İrəli

ARDNŞ: “Sumqayıtda partlayış baş verən zavod bizə məxsus deyil”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2012 • Baxış sayı: 144 dəfə • Şərh yoxdur


Bu zavod əvvəllər “Azərkimya” İstehsalat Birliyinə məxsus olub, sonradan özəlləşdirilib

Sumqayıtda partlayış baş verən zavod ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinə məxsus deyil. Bunu “Lent.az”a açıqlamasında ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev söyləyib. N. Quliyev bildirib ki, bu zavod əvvəllər “Azərkimya” İstehsalat Birliyinə məxsus olub, sonradan özəlləşdirilib: “Hazırda həmin zavodun ARDNŞ-ə heç bir aidiyyatı yoxdur”.

Qeyd edək ki, bu gün Sumqayıtda zavodların birində güclü partlayış baş verib. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın