Menu
Geri İrəli

Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2013 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi səlahiyyətlərini icra edən general-leytenant Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə  APA-ya SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

 Noyabrın 16-sı  saat 10:00-da SHÇDX-nin Sumqayıt şəhər İdarəsinin inzibati binasında (Sumqayıt şəhəri, 4 mkr.C.Cabbarlı küç. 4) keçiriləcək qəbulda Sumqayıt  şəhər və Abşeron rayon sakinləri iştirak edə bilər.

 Qəbula yazılmaq istəyən vətəndaşlar noyabrın 15-dək SHÇDX-nin Sumqayıt şəhər İdarəsinə və Abşeron rayon şöbəsinə müraciət etməlidirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın