Menu
Geri İrəli

AVCİYA Sumqayıtda seçici gəncləri maarifləndirəcək

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 255 dəfə • Şərh yoxdur

AVCİYA Sumqayıtda seçici gəncləri maarifləndirəcək

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası “Sənin səsin – sənin gələcəyin: seçkilərdə gənclərin fəallığının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsinin icrasına başlayıb.
Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gəncləri seçki proseduru ilə bağlı maarifləndirmək, onlar arasında informasiya çatışmazlığının aradan qaldırılmasına və seçkilər zamanı gənclərin yüksək seçici fəallığına nail olmaqdır. Həmçinin gənclərə seçkilərdə sadəcə seçici kimi deyil, həm də namizəd kimi iştirakın yolu, hüququ və prosedurları haqqında məlumat verməklə onların gələcəkdə yerli özünüidarəetmə orqanlarında təmsil olunmalarına töhfə verməkdir.
Üç ay davam edəcək layihənin Bakı və Sumqayıt şəhərlərində, həmçinin Şirvanda, Cəlilabadda, Şamaxıda, Qobustanda, Xaçmazda həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC
Facebook Şərhləndirmə:

Şərhinizi yazın