Menu
Geri İrəli

AVCİYA Sumqayıtda seçkilərlə bağlı son seminarını keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2013 • Baxış sayı: 191 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı  Prezident seçkiləri ilə əlaqədar Respublikanın bütün bölgələrini əhatə etmiş  seminarlara Sumqayıtda yekun vurdu. Sumqayıt şəhər tarix muzeyi təşkil olunmuş seminarda  AVCİYA Seçki Qərargahının rəhbəri, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzə edərək Prezident seçkilərinin ölkəmiz üçün əhəmiyyətini qeyd etmiş, müşahidəçilərin hüquq və vəzifələri, seçki günü monitorinq zamanı görəcəyi işlər haqqında  konkret məlumatlar vermişdir Daha sonra məruzəçi müşahidəçilərin müxtəlif suallarına cavab vermişdir. Tədbirin sonunda müşahidəçilərə MSK –da qeydiyyatdan keçmiş  vəsiqələr, seçki günü istifadə etmək üçün qovluqlar və yaddaş kitabçaları paylanmışdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın