Menu
Geri İrəli

Avropa Birliyi və UNİCEF-in dəstəyi ilə həyata keçirilən layihənin ilk mərhələsinə 3 rayonda yekun vuruldu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2012 • Baxış sayı: 149 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Avropa Birliyi və UNİCEF-in dəstəyi ilə həyata keçirilən “Gənclər evi – gənclərin ətraf mühit məsələlərində iştirakını artıran əsas platformadır” layihəsi davam edir.

Layihənin ilkin mərhələsi olaraq Yevlax, Göranboy və Göygöl rayonlarında seçim turunu uğurla keçən gənclərə “Ətraf mühit problemləri” və “Layihələrin yazılması” barədə təlimlər keçirildi. İştirakçıların liderlik və təlimçilik bacarıqlarının inkişafı üçün praktiki məşğələlər keçirildi və iştirakçılar layihənin moderatorları kimi formalaşdırıldı. Layihənin növbəti məhələsi kimi rayon və kəndlərdə gənclər arasında moderatorlar tərəfindən təşkil ediləcək sorğular ətrafında fikir mübadiləsi aparıldı və iştirakçıların təklifləri nəzərə alınmaqla sorğu anketi hazırlandı. Daha sonra moderatorlarla UNİCEF, Avropa Birliyi və ARGTMŞ-nın rəsmiləri arasında görüş keçirildi.

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Birliyi və UNİCEF tərəfindən keçirilən “Gənclər evi – gənclərin ətraf mühit məsələlərində iştirakını artıran əsas platformadır” layihəsi Lənkəran, Sabirabad, Goranboy, Yevlax və Göygöl rayonlarını əhatə edir. Layihənin əsas məqsədi ətraf mühit məsələlərinin həllində gənclərin iştirakının təmin olunmasında “Gənclər Evi” – nin rolunun gənclərə ətraflı izah olunması və ətraf mühitin qorunmasında “Gənclər Evləri” və gənclərin birgə mübarizə aparması üçün münbit zəmin yaradılmasıdır. Layihənin birinci mərhələsində iştirak edərək multipleyer bacarıqları əldə edən gənclər, layihənin ikinci mərhələsində öz yaşadığı regionda gənclərin maarifləndirilməsi üçün təlimlər və sorğu keçirəcək, flaş-moblar və digər təbiğat tədbirləri təşkil olunmasın əsas rol oynayacaqlar. Layihə çərçivəsində ümumilikdə 25 000  gəncin əhatə olunacağı nəzərdə tutulub.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın