Menu
Geri İrəli

Avstriya şirkəti Sumqayıtda: Məişət tullantıları zavodunun tikilməsi ilə bağlı danışıqlar aparılır

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2017 • Baxış sayı: 1,435 dəfə • 1 şərh
Share Button

Sumqayıt şəhərində digər sahələrlə yanaşı ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Hazırda şəhər ərazisində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində  müasir standartlara cavab verən sistemin yaradılması məqsədi ilə xarici şirkətlərlə danışıqlar aparılır.

Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Avstryanın “MUT GmbH” və İsveçrənin “iCsquared GmbH” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşdə Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində  müasir standartlara cavab verən sistemin yaradılması və yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı danışıqlar aparılıb.

Sumqayıtda Məişət Tullantıları Poliqonunda olan qonaqların sualları cavablandırılıb, gələcəkdə bu istiqamətdə həyata keçirilə biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.IMG_7663

Facebook Şərhləndirmə:
Share Button

“Avstriya şirkəti Sumqayıtda: Məişət tullantıları zavodunun tikilməsi ilə bağlı danışıqlar aparılır” yazısına bir cavab

  1. İlkin Merdanli deyir:

    Sumqayıt üçün bu çox gözəl layihədir. Əgər reallaşarsa həm ekoloji həm də iqtisadi baxımdan səmərəli olar. Bütün dünya artıq bu istiqamətdə gedir.

Şərhinizi yazın