Menu
Geri İrəli

Avstriya və Sumqayıt Qızıl Ayparaçıları görüşdülər

Müəllif: Sumqayitxeber.com • Tarix: 21 Avqust 2015 • Baxış sayı: 710 dəfə • Şərh yoxdur
Share Button

11934569_448776511969150_1905253973972653564_o

Sumqayitxeber.com xəbər verir ki, 21 avqustda Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi  ilə Avstriya Qızıl Xaç nümayəndəliyi arasında görüş keçirilib.

Görüşdə iştirak edən Avstriyalı qonaqlar- baş katibin müavini Michael Opriesnig, marketinq və beynəlxalq əlaqələr şöbəsinin sədri Andrea Winter və Avropa üzrə beynəlxalq koordinator Eduard Trampusch Sumqayıt şəhər bölməsinin fəaliyyəti ilə yaxından tanış olub, əvvəlki aylarda keçirilmiş aksiyalar, iftar süfrələri haqqında könüllülərin məlumatını dinləmiş, könüllülərin fəaliyyətinə həsr olunmuş təqdimatları baxış keçirilib, könüllü və işçi heyətinin gələcək planları ilə yaxından tanış olublar.

Tədbirdə Sumqayıt QAC-nin sədri Mətanət Məhərrəmova qonaqlara gələcək planlar və yaxın gələcək üçün düşünülmüş layihələr haqqında ətraflı məlumat verib, ”Qardaşlaşmış bölmələr” yaradılmasını  təklif edib.

Avstriyalı qonaqlar bu təklifi bir ilk olaraq çox müsbət qiymətləndirərək ilk “Qardaşlamış bölmə”nin məhz Sumqayıtla yaradılması fikrini müsbət qarşılayıblar. Sonda qonaqlarla xatirə şəkli çəkilib. sumqayitxeber.com fotoları təqdim edir:

Sevinc Salehqızı

11900106_448776818635786_1174699732657700910_o 11865043_448777028635765_1661528579738748097_o 11893956_448774965302638_4026548417841547271_o 11934569_448776511969150_1905253973972653564_o

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın