Menu
Geri İrəli

Avtobuslarda kartla ödəniş Sumqayıtda da tətbiq olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2014 • Baxış sayı: 379 dəfə • Şərh yoxdur

46359

Avtobuslarda kartla ödəniş sisteminin Bakı ilə yanaşı, Xırdalan və Sumqayıt şəhərlərində də tətbiqi planlaşdırılır.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xırdalan və Sumqayıtda avtobuslarda kart ödəniş sisteminin tətbiqi 2015-ci ilə nəzərdə tutulub.

Bakıda isə bütün ictimai nəqliyyatda tamamilə kartla ödəniş sisteminə keçidin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Bu prosesin tamamlanması ilə ictimai nəqliyyatda nağdsız ödənişə tam keçid təmin ediləcəkdir.

Paytaxtda marşrut avtobuslarında ödəniş kartlarının oxunması üzrə validatorların quraşdırılması işləri hazırda intensiv xarakter alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın