Menu
Geri İrəli

Avtomaşın qaçırmış şəxs tutulub

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2011 • Baxış sayı: 214 dəfə • Şərh yoxdur

Avtomaşın qaçırmış Tərtər rayon sakini Vüqar Nağıyev tutulmuşdur
Fevralın 14-də saat 20.00 radələrində Nəsimi rayonu A.Məhərrəmov küçəsində Tərtər rayon sakini Vüqar Nağıyev Sumqayıt şəhər sakini Bəhruz Qəhrəmanova məxsus “Mercedes” markalı avtomaşını qaçırmış və fevralın 15-də Balaxanı qəsəbəsi ərazisində idarə edərkən onu aşırmışdır.
Xəsarət alan olmamış, avtomaşına qismən ziyan dəymişdir.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Nağıyev tutulmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın