Menu
Geri İrəli

Avtomobil sahiblərinə bəd xəbər: yol vergisi artırılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2013 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur

 

Azərbaycanda yol vergisinin dərəcələri dəyişdirilib. Lent.az-ın məlumatına görə, avtomobilinin mühərrikinin həcmi 4 min kub sm olan sürücülər 70 manat ödəyəcəklər.

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun imzaladığı Q21-001-13 nömrəli əmrlə ölkədə nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsi üçün müraciətlərin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə dəyişiklik təsdiqlənib.

Dəyişikliklərə əsasən, avtomobillərin yol vergisinin dərəcələri dəqiqləşdirilib.

Bundan sonra mühərrikinin həcmi 2 min kubmetrədək olan nəqliyyat vasitələri üçün vergi dərəcəsi 20 manat, 2 mindən 3 min kub sm-dək olan avtomobillər üçün – 20 manat + 2 litrdən çox həcmin 1 kub sm görə 0,02 manat, 3 mindən 4 min kub sm-dək – 40 manat + 3 litrdən çox həcmin hər 1 kub sm görə 0,03 manat təşkil edir.

Əgər nəqliyyat vasitəsinin mühərrikinin həcmi 4 mindən 5 min kub sm-dək təşkil edirsə, vergi 70 manat + 4 litrdən çox hər 1 kub sm görə 0,04 manat olacaq.

Mühərrikin həcmi 5 litrdən çoxdursa, bu zaman vergi 110 manat + 5 litrdən çox hər 1 kub sm görə 0,05 manat təşkil edəcək. Abc.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın